130 ölkə qlobal vergi sazişi imzaladı | Banco.az

130 ölkə qlobal vergi sazişi imzaladı

Tamara Mustafayeva, Banco.az

ABŞ, Çin, Almaniya, Fransa, İngiltərə, Yaponiya və Türkiyənin də daxil olduğu qlobal ÜDM-nin 90%-ni təmsil edən 130 ölkə beynəlxalq vergi islahatı üzrə razılığa gəliblər.

Banco.az xarici mətbuata istinadla bildirir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) transmilli şirkətlərin fəaliyyət göstərdikləri ölkələrdə ən az 15% vergiyə cəlb olunması ilə bağlı 130 ölkənin razılıq əldə etdiyini açıqlayıb.

Sözügedən razılığa görə, bu yeni qayda beynəlxalq vergi sistemini hüquqi baxımdan dəqiqlik və sabitliklə təmin edəcək.

Rəqəmsal sferada fəaliyyət göstərən firmaların da daxil olduğu transmilli şirkətlərin ölkələr üzrə mənfəət və vergi bölgüsü bununla da, ədalətlə tənzimlənəcək. Bu şirkətlərin vergiyə cəlb edilməsinə dair bəzi hüquqlar isə ev sahibi ölkənin səaliyyətindən alınıb firmaların kommersiya fəaliyyəti göstərdiyi və mənfəət əldə etdiyi ərazilərə veriləcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu vergi islahatından sonra qlobal miqyasda 150 milyard dollar dəyərində vergi gəlirinin hasil edilməsi nəzərdə tutulur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et