126 mindən artıq pul köçürmə əməliyyatı həyata keçirib | Banco.az

126 mindən artıq pul köçürmə əməliyyatı həyata keçirib

Bu ilin üç rübü ərzində Azərbaycan Beynəlxalq Bankı (ABB) fiziki şəxslər arasında 126 mindən artıq pul köçürmə əməliyyatı həyata keçirib.

Bankdan verilən məlumata görə, cari ilin yanvar-sentyabr aylarında bank tərəfindən qəbul edilən köçürmələrin sayı 97 493, məbləğ - 117,6 mln. dollar, 9,3 mln. avro, 626,8 mln. rubl olub.

Ən sərfəli kredit üçün müraciət et

Ölkədən göndərilən vəsaitlərin məbləği 61,6 mln. dollar, 19,8 mln. avro, 103,4 mln. rubl təşkil edib.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et