11 bankın nağd vəsaitləri azalıb | Banco.az

11 bankın nağd vəsaitləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 22-si bu il aprelin 1-nə olan vəziyyətə görə, nağd vəsaitlərinin ayrıca illik müqayisədə dinamikası barədə məlumat verib ki, bunlardan da 11-də müsbət, 11-də isə mənfi dinamika müşahidə edilib.

Nağd vəsaitlərini artırmış banklar Pakistan Milli Bankının Bakı filialı, "Azərbaycan Sənaye Bankı", "Zıraat Bank Azərbaycan", "Turan Bank", "Muğan Bank", "Naxçıvan Bank", "Premium Bank", "Bank Respublika", "AGBank", "Yapı Kredi Bank Azərbaycan" və "Kapital Bank"dır. Ən yüksək dinamika Pakistan Milli Bankının Bakı filialında (2,3 dəfə), ən aşağı dinamika isə "Kapital Bank"da (7,1%) qeydə alınıb.

İl ərzində nağd vəsaitləri azalmış 11 bank arasında isə ən kəskin azalma "Nikoyl Bank"da (62,2%), ən yumşaq azalma isə "Bank BTB"də (1,5%) baş verib.

Nağd vəsaitlərinin dinamikasını açıqlamayan banklar "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank of Baku", "Express Bank", İran Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Rabitəbank" və "Unibank"dır.

Ən sərfəli kredit üçün müraciət et

 

2 bankın nağd vəsaitləri 50 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 22-si bu il aprelin 1-nə olan vəziyyətə görə, nağd vəsaitlərinin məbləğini ayrıca açıqlayıb ki, bunlardan da 2-də sözügedən göstərici 50 milyon manatdan çoxdur.

Bunlar "Kapital Bank" (383,856 milyon manat) və "Bank Respublika"dır (64,75 milyon manat).

Qalan 20 bankdan 16-nın nağd vəsaitləri 10 - 50 milyon manat arasında, 4 bankın nağd vəsaitləri isə 10 milyon manatdan azdır. Nağd vəsaitləri ən az olan bank ölkədə ən kiçik bank sayılan Pakistan Milli Bankının Bakı filialıdır. Filialın nağd vəsaitləri cəmi 346 min manatdır.

Nağd vəsaitlərinin məbləğini açıqlamayan banklar "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank of Baku", "Express Bank", İran Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Rabitəbank" və "Unibank"dır. 

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et