Kapital Bank
Xidmət bölməsinin Rəhbəri
Vakansiya haqqında məlumat:
Ümumi məlumat
Kapital Bank namizədləri Bakı, Cəlilabad, Füzuli, Beyləqan filiallarında Xidmət bölməsinin Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
- Əməkdaşları arasında iş bölgüsünü müəyyənləşdirməklə bölmənin işinin təşkil edilməsi;
- Filialda aparılan əməliyyatların uçotuna görə tam məsuliyyət daşımaq;
- Müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi;
- Müştərilərin müraciətlərinə əsasən onlara aid cari hesablar və plastik kartlar üzrə mədaxil və məxaric əməliyyatlarını həyata keçirilməsi;
- Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən, bank məhsullarının satışının təşkil edilməsi.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Təzyiqə davamlılıq və operativlik;
- Problemi həll etmə və rəhbərlik bacarığı;
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyət
- Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üçün)
- MS Office (Word, Excel) proqramları üzrə biliklər.
CV-lərinizi, mövzu hissəsində “Xidmət bölməsinin Rəhbəri” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.