Veb Dizayner | Banco.az
Bank Respublika

Veb Dizayner

Vakansiya haqqında məlumat: 

 

“Bank Respublika” ASC “Veb Dizayner” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 25 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Veb səhifələrin dizaynı və tərtibatı;
• Veb interfeyslərin dizaynı və tərtibatı;
• Mobil əlavələrin dizaynı, tərtibatı və testlərin keçirilməsi;
• Daxili elektron sistemlərin və interfeyslərin dizaynı;
• Sosial şəbəkələr üçün plaginlərin və postların dizaynlarını hazırlamaq;
• Veb bannerlərin hazırlanması və adaptasiyaların tərtibatı;
• Veb və mobil interfeyslərin prototiplərinin hazırlanması;
• Veb və mobil interfeys istifadəçilərinin məmnuniyyəti sahəsində auditin keçirilməsi.

Namizədə qarşı tələblər:

• Ali iqtisadi təhsil (marketinq və ya biznes idarəçiliyi üzrə);
• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
• Azərbaycan və rus dillərində sərbəst danışmaq bacarığı;
• MS Office proqramları üzrə biliklər;
• Dizayn proqramları (Adobe Photoshop, Adobe İllustrator) üzrə biliklər;
• Veb proqramlaşdırma (HTML, CSS, JavaScript) sahəsində minimal biliklər;
• Portfolionun mövcud olması;
• Yaradıcılıq qabiliyyəti;
• Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı; 
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 aprel 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Veb Dizayner” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.