Uyğunluq şöbəsinin mütəxəssisi | Banco.az
AFB Bank

Uyğunluq şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

AFB Bank Risklərin idarə edilməsi departamentində uyğunluq şöbəsinin mütəxəssisi(AML) vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: Risklərin idarə edilməsi departamentində uyğunluq şöbəsinin mütəxəssisi(AML)     

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 112 (Mərkəzi ofis)

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• Ali  iqtisadi təhsil;

• PL/TMM ilə mübarizə sahəsində iş təcrübəsi arzu olunandır;

• Dərin analitik bacarıqları, böyük baza ilə işləmək qabiliyyəti;

• Bank qanunvericiliyi, PL/TMM üzrə milli qanunvericilik, beynəlxalq standartlar və tələbləri yüksək səviyyədə mənimsəmək qabiliyyəti;

• Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri;

• Dərin MS Office – Excel bilikləri, xml formatında hesabatların tərtibi bacarığı;

• Məsuliyyət, kreativlik, operativlik, komandada və gərgin iş rejimində işləmək bacarığı.

 

 

İŞİN TƏSVİRİ:

• MMX-ya göndərilən hesabatların hazırlanması;

• Gündəlik və dövrü olaraq müştəri əməliyyatlarını monitorinq edib şübhəli və qeyri-adi əməliyyatların aşkarlanması və onların təhlil edilməsi;

• Nəzarət orqanlarından və müxbir banklardan daxil olan sorğuların cavablandırılması;

• Bankın və nəzarət tənzimləyici orqanlarının tələblərinə əsasən hesabatların hazırlanması, təhlil və təqdim edilməsi;

• Bankın şöbələri və filiallarından alınan şübhəli və qeyri-adi əməliyyatlar barədə məlumatların araşdırılması və təhlilin həyata keçirilməsi;

• FATCA və CRS üzrə hesabatların hazırlanması.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Uyğunluq şöbəsinin mütəxəssisi(AML)” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et