Texniki dəstək şöbəsinin mütəxəssisi (Helpdesk) | Banco.az
Kapital Bank

Texniki dəstək şöbəsinin mütəxəssisi (Helpdesk)

Vakansiya haqqında məlumat: 

Ümumi məlumat

Kapital Bank namizədləri İT İnfrastruktur departamenti Texniki dəstək şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər 

  • PCİ DSS standartlarının tələblərinə uyğun olaraq 24 saat ərxində hadisələrin jurnallarının saxlanılması və hadisələrin reaksiyası üzrə tədbirləri həyata keçirilməsi;
  • Ödəniş kartları komponentləri və məlumatlarına avtorizasiya olunmamış çıxış mümkünlüyünün istisna olunması;
  • Siyasətin, eləcə də təqdim olunan çıxış hüquqları reyestrlərinin aktual vəziyyətdə saxlanması;
  • Çıxışın təşkili zamanı pozuntuların vaxtında aşkarlanması və onların aradan qaldırılması tədbirlərini görülməsi;
  • İT hadisələrinin mütəmadi müşahidəsinin həyata keçirilməsi, müşahidə nəticələrinin toplanması, analizi və ümumiləşdirilməsi;
  • Kritik İT hadisələrinin baş verdiyi halda İT insidentlərinə reaksiya verilməsinə görə məsul işçinin vaxtında məlumatlandırılmasının təmin edilməsi;
  • İT hadisəsi haqqında alınmış informasiyanın analizin həyata keçirilməsi və onun təsnifatı;
  • İT insidentlərinə və/və ya ödəniş kartlarının məlumatlarının komprometasiyasına aid olunması haqqında qərarın qəbul edilməsi;

 

Tələblər

  • Texniki sahədə ali təhsil;
  • İT sahəsində 2 ildən artıq iş təcrübəsi;
  • Əla ünsiyyətqurma bacarığı;
  • Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə Rus dili biliyi;
  • Yeni texnologiyaların öyrənilməsi və tətbiqi bacarığı;
  • Qısa müddət ərzində problemi aşkar etmək və aradan qaldırmaq bacarığı;
  • Komandada işləmək bacarığı, topladığı təcrübəni bölüşmək bacarığı.

CV-lərinizi, mövzu hissəsində Texniki dəstək şöbəsinin mütəxəssisi (Helpdesk) qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç