Texniki dəstək şöbəsinin Eksperti | Banco.az
Rabitəbank

Texniki dəstək şöbəsinin Eksperti

Vakansiya haqqında məlumat: 

 

“Rabitəbank” ASC İT İnfrastruktur Departamentinin Texniki dəstək şöbəsinin Eksperti vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Əsas vəzifələr:

 İstifadəçilərdən müraciətlərin qəbul edilməsi və texniki xidmətin həyata keçirilməsi;
 İstifadəçi kompyuterlərində yaranmış proqram və avadanlıq səviyyəli nasazlıqların aradan qaldırılması;
 Yeni proqram təminatlarının istifadəçi kompyuterlərinə yüklənməsi;
 Şəbəkələrə qoşulmalarda yaranmış nasazlıqların aradan qaldırılması;
 Printerlərin və digər periferik qurğularla bağlı proqram səviyyəli nasazlıqların aradan qaldırılması;
 Müxtəlif təcili pul köçürmə sistemləri üzrə texniki xidmətin aparılması və dəstəyin göstərilməsi.


Namizədə olan tələblər:

 Müvafiq sahə üzrə ali təhsil;
 Yaxşı ünsiyyətqurma qabiliyyəti;
 Orta səviyyədə Rus və İngilis dili bilikləri;
 Əla səviyyədə Azərbaycan dili biliyi;
 Kompyuter və periferik qurğuların quraşdırılması bacarığı;
 VMWare, DNS, DHCP, Active Directory, Terminal Server, Exchange haqqında fundamental biliklər
 Şəbəkənin əsaslarına dair minimal nəzəri və praktiki biliklər;
 Məsuliyyətlilik, diqqətlilik, təzyiqə davamlılıq;
 Tələb olunan sahədə ən azı 2 illik iş təcrübəsi (Bank sektorunda olması arzuolunandır).


Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İT İnfrastruktur Ekspert” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88,

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Ən sərfəli krediti almaq üçün müraciət et