SQL Developer | Banco.az
Bank Respublika

SQL Developer

Vakansiya haqqında məlumat: 

Bank Respublika ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentinə “SQL Developer” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Müxtəlif struktur bölmələrin müraciəti əsasında qərar vermək məqsədilə biznes informasiyanın hazırlanması;
• Bankdaxili proseslərin və hesabatların maksimum avtomatlaşdırılması;
• Bank proqramlarında günün bağlanmasının həyata keçirilməsi;
• Proqram təminatı serverinə xidmətin təmin olunması və layihələndirilməsi;
• Məlumat bazasının yaradılması və idarəedilməsi üzrə müasir texnologiyalarla işin aparılması.

Namizədə qarşı tələblər:

• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan və rus dilləri sərbəst, ingilis dili texniki;
• Məlumat bazalarının proqramlaşdırılması üzrə biliklər (SQL, PLSQL);
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 21 iyul 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “SQL Developer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

Ən sərfəli krediti almaq üçün müraciət et