SQL Developer | Banco.az
Bank Respublika

SQL Developer

Vakansiya haqqında məlumat: 

Bank Respublika” ASC “SQL Developer” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, 800-ə yaxın əməkdaş çalışmaqdadır.

Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Daha ətraflı məlumat almaq üçün www.bankrespublika.az saytına müraciət edə bilərsiniz.

Ümumi vəzifə öhdəlikləri:

• Müxtəlif struktur bölmələrin müraciəti əsasında qərar vermək məqsədilə biznes informasiyanın hazırlanması;
• Bankdaxili proseslərin və hesabatların maksimum avtomatlaşdırılması;
• Bank proqramlarında günün bağlanmasının həyata keçirilməsi;
• Proqram təminatı serverinə xidmətin təmin olunması və layihələndirilməsi;
• Məlumat bazasının yaradılması və idarəedilməsi üzrə müasir texnologiyalarla işin aparılması.

Namizədə qarşı tələblər:

• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan və rus dilləri sərbəst, ingilis dili texniki;
• Məlumat bazalarının proqramlaşdırılması üzrə biliklər (SQL, PLSQL);
• Komandada işləmək bacarığı;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 5 avqust 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “SQL Developer” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Ən sərfəli krediti almaq üçün müraciət et