Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin baş mütəxəssisi | Banco.az
Bank BTB

Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC İnformasiya Texnologiyaları departamentininin Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

İş barədə məlumat:

  • Microsoft texnologiyaları, Windows işçi stansiyaları üzrə bütün sinif, Windows Server 2008/2012/2016, Terminal Server, MS Active Directory, DNS, DHCP, WSUS;
  • HP, IBM və Dell server avadanlıqları üzrə iş;
  • Təhlükəsizlik sistemlərinin idarə edilməsi;
  • Arxivləşdirmə texnologiyaları: Symantec, Veeam Backup&Replication;
  • Virtuallaşma: VMware Vcenter, ESXi;
  • Antivirus sistemləri ilə iş;
  • İnfrastrukturun planlaşdırılması, inkişafı və yeni avadanlıqların alınması;
  • Linux/Unix əməliyyat sistemi üzrə iş;

Namizədə tələblər:

  • Ali təhsil;
  • Banklarda İT sahəsində iş təcrübəsi;
  • Azərbaycan, İngilis və Rus dillərində danışıq və yazı bacarığının olması;
  • Ünsiyyətqurma və operativlik bacarığı;
  • Analitik düşüncə;
  • Yaradıcıdıq və təşəbbüskarlıq qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 28 Fevral, 2019-cu il tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin baş mütəxəssisi göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et