Risklərin təhlili şöbəsinin rəisi | Banco.az
AFB Bank

Risklərin təhlili şöbəsinin rəisi

Vakansiya haqqında məlumat: 

 

AFB Bank Risklərin idarə edilməsi departamentində risklərin təhlili şöbəsinin rəisi vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: Risklərin idarə edilməsi departamentində risklərin təhlili şöbəsinin rəisi

     

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 112 (Mərkəzi ofis)

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• Ali təhsili;

• Risklərin idarə olunması, maliyyə, audit/mühasibatlıq üzrə minimum 3 il iş təcrübəsi;

• MS Office, o cümlədən MS Excel-dən təkmil istifadə bacarığı;

• Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri;

• Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;

• Təşəbbüskarlıq, kollektivdə çalışma, idarə etmə təcrübəsi;

• Xaricdə təhsil almış, o cümlədən FRM, PRM və CFA sertifikat sahibləri (imtahanlar üzrə mərhələ keçənlərə üstünlük veriləcək).

 

 

İŞİN TƏSVİRİ:

• Risklərin təhlili və minimallaşdırılması üzrə təkliflərin verilməsi;

• Kredit, bazar və əməliyyat risklərinin idarə edilməsi və təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;

• Risk menecment alətlərinin generasiyası və tətbiq edilməsi;

• Risk modellərinin qurulması və yenilənməsi;

• Bankdaxili prosedurların qiymətləndirilməsi və təkmilləşdirilməsini təklif etmək;

• Stress-testlərin keçirilməsi və müəyyən edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planının hazırlanması;

• Şöbənin iş koordinasiyası.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin təhlili şöbəsinin rəisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et