AFB Bank
Risklərin idarə edilməsi Strukturuna aparıcı mütəxəssis
Vakansiya haqqında məlumat:
AFB Bank Risklərin idarə edilməsi Strukturuna aparıcı mütəxəssis (əməliyyat riskləri üzrə)vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Aparıcı mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali iqtisadi və ya maliyyə təhsili.;
- Qeyd olunan sahə üzrə ən az 1 il iş təcrübəsi;
- Dil bilikləri (ingilis,rus) arzu olunandır;
- Ofis proqramları (Microsoft word, Microsoft Excell) və SQL Proqramında işləmək bacarığı;
- Qanunvericilik, sənədləşmə, Bank qanunvericiliyi, “Banklarda risklərin idarə olunması haqqında” Qaydalar, AR MB-nin digər normativ aktları, MBNP-nin normativ aktları üzrə biliklər;
- Ünsiyyətcil və Komandada işləmək bacarığı;
- Qərar vermə qabiliyyəti.
İŞİN TƏSVİRİ:
- Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması;
- Risk özünü qiymətləndirmə alətinin tətbiqi;
- Risk matrisasının hazırlanması və dövri olaraq yenilənməsi;
- Bank daxili normativ sənədlərin, məhsul və prosesslərin, risk nəzarət mexanizmlərinin nəzərdən keçirilməsi və müvafiq rəyin verilməsi;
- Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
- Stress testlərinkeçirilməsivəssenarianalizlərininaparılması;
- Əməliyyat risklərinin idarə edilməsi prosesindərisk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması;
- Daxili insident menecment sistemin yaradılması üçün təkliflər verilməsi və həyata keçirilməsi.
- İnsident menecment sistemdə qeyd olunmuş məlumatların struktur bölmələrdən toplanılması və səbəblərin araşdırılması;
- Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi;
- Əməliyyat risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə edilməsi;
- Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşının alınması ilə bağlı təkliflərin verilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.