Risklərin İdarə Edilməsi Departamentinin Metodologiya Şöbəsində Menecer | Banco.az
Kapital Bank

Risklərin İdarə Edilməsi Departamentinin Metodologiya Şöbəsində Menecer

Vakansiya haqqında məlumat: 

 

Öhdəliklər

 

  • Bankdaxili normativ-hüquqi sənədlərin (siyasət, qayda, prosedur və s.) hazırlanması və yenilənməsi;
  • Digər struktur bölmələr tərəfindən hazırlanan normativ sənəd layihələrinə baxılması və rəy verilməsi;
  • Biznes proseslərin təhlili, qiymətləndirilməsi və optimallaşdırma ilə bağlı təkliflərin verilməsi;
  • Biznes proseslərin təhlili və tələblərin müəyyənləşdirilməsi;
  • Bankda yaradılan yeni məhsul və xidmətlərə rəy verilməsi;
  • Müxtəlif orqanlardan qanunvericiliklə bağlı daxil olmuş sənədlərə rəy verilməsi.

 

Tələblər

 

  • İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti; 
  • Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
  • Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
  • Bank əməliyyatları sahəsində 4 illik iş təcrübəsi.

 

CV-lərinizi, mövzu hissəsində “Metodologiya şöbəsində Menecer” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et