Reklam üzrə mütəxəssis | Banco.az
Bank Respublika

Reklam üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

“Bank Respublika” ASC “Reklam üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 25 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Cari bazar vəziyyətinin monitorinqi və təhlili;
• Reklam tədbirlərinin və promo aksiyaların təşkili və keçirilməsi;
• Satış nöqtələrində monitorinqin aparılması;
• Çap materiallarının hazırlanması və keyfiyyət monitorinqi;
• Satış nöqtələrinin xarici və daxili tərtibat işlərinin təşkil edilməsi;
• Reklam vasitələrinin seçilməsi və idarə olunması;
• Podratçı şirkətlər ilə işlərin aparılması (müqavilələrin tərtibatı və işlərin idarə olunması);
• Regional satış nöqtələrinin monitorinqi.

Namizədə qarşı tələblər:

• Ali iqtisadi təhsil (marketinq və ya biznes idarəçiliyi üzrə);
• Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
• Azərbaycan və rus dillərində sərbəst danışmaq bacarığı;
• MS Office proqramları üzrə biliklər;
• Yaradıcılıq qabiliyyəti;
• Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı; 
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 aprel 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Reklam üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.