Proqramçı | Banco.az

Proqramçı

Vakansiya haqqında məlumat: 

Vəzifəyə olan tələblər
• Ali təhsil  (İT sahəsi üzrə təhsil alanlara üstünlük verilir);
• Məsuliyyətli olmalı;
• Komandada işləmə bacarığı,
• İT sahəsində minimum 3 il iş təcrübəsi;

Əsas vəzifələr

• Proqramların fasiləsiz, problemsiz işləməsi üçün onlara və məlumat bazalarına cari xidmət göstərmək və işçilərə daim təlimlər keçirmək.

• Bank proqramlarına yeni istifadəçiləri daxil etmək, onların səlahiyyətlərinin müəyyən    edilməsi ilə əlaqədar zəruri işlər görürmək.

• MİS və mühasibatlığın tələblərinə uyğun, bankın bütün strukturlarının  müvafiq proqramlarla təmin edilməsindən iştirak etmək.

• MİS şöbəsinin bankdaxili hesabatlarının ötürülməsi üzrə proseslərin maksimum avtomatlaşdırılmasında yeni sifarişləri həyata keçirmək.

• Əsas bank proqramının məlumat bazalarını vaxtaşırı arxivləşdirmək.

• Yeni tətbiqi proqramlar və modulların alınması üzrə tenderlərin təşkilində iştirak etmək.

• Programların və məlumat  bazalarının  təhlükəsizliyini və icazəsiz istifadədən mühafizəsini təmin etmək , parol siyasətini yerinə yetirmək.

• Müvafiq depatament ilə birgə hər bir bank məhsulu üzrə bank proqramlarından istifadə   prosedurlarını hazırlamaq.

• Daxili prosedurlara uyğun bank programına yeni funksiyaların əlavə edilməsini və yeni   modulların yaradilmasını(alınmasını) təşkil  etmək.

• Məlumat bazasından istifadə etməklə daxili  tələblərə uyğun olaraq hesabat formalarını  hazırlamaq.• Milli Banka təqdim edilən hesabatların hazırlanmasının avtomatlaşdılmasını təmin etmək.

CV-ləri İT departamenti – Proqramçı   mövzusu ilə   [email protected]  elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et