Problemli aktivlərin idarə edilməsi departamentinin direktoru | Banco.az

Problemli aktivlərin idarə edilməsi departamentinin direktoru

Vakansiya haqqında məlumat: 

BOKT problemli aktivlərin idarə edilməsi departamentinə direktor vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə öhdəlikləri:

Problemli borcların müqabilində qəbul edilmiş müəssisələri qəbul etmək;
Problemli borclu müəssisələrin aktivlərini qiymətləndirmək;
Problemli borclu olan müəssisələrin sağlamlaşdırılması üçün təkliflər vermək;
Problemli borclu müəssisələrin idarəetmə komandasını formalaşdırmaq və onun gündəlik idarə edilməsinə nəzarət etmək;
Problemli borclu müəssisələri sağlamlaşdırmaq, onlar üçün potensial investorlar tapmaq və satışı üçün təkliflər vermək;
İdarə Heyətinin problemli borclu müəssisələrin idarə edilməsi üzrə ona həvalə etdiyi tapşırıqları yerinə yetirmək.

Namizədə olan tələblər:

Ali iqtisadi və ya hüquqi təhsil
Bank və ya bank olmayan kredit təşkilatlarında problemli aktivlərin və ya kredit departamentinin rəhbəri və ya real biznesdə ali rəhbər vəzifəsində ən azı 2 il iş təcrübəsi;
Azərbaycan, İngilis və Rus dillərini mükəmməl bilmək; 
Analitiklik bacarığı; 
İdarəetmə və liderlik bacarıqları;
Real biznesi və onun problemlərini bilmək;
Ünsiyyətqurma bacarıqları.

Tələblərə cavab verən namizədlər 10 fevral 2016-cı il tarixinədək [email protected]   elektron poçtuna CV-lərini göndərməklə müraciət edə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Xahiş edirik ki, müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin, əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Şirkət: 
ABTC Bank olmayan Kredit təşkilatı

Ən sərfəli krediti almaq üçün müraciət et