Plastik kartlar şöbəsi – Müdir | Banco.az

Plastik kartlar şöbəsi – Müdir

Vakansiya haqqında məlumat: 

Vəzifəyə dair tələblər

  • Ali təhsil (iqtisadi təhsillilərə üstünlük verilir)
  • Ən azı 5 il bank sferasında plastik kartlarda müdir kimi  iş təcrübəsi
  • Bank işini tənzimləyən  qanunvericilik və Mərkəzi Bankın normativ sənədlərinin tələbləri ilə yaxından tanış olmaq
  • Azərbaycan,rus, ingilis dillərində sərbəst danışıq bacarığı;

Əsas vəzifələri:

  • Şöbənin təlimatlarının, əməkdaşların vəzifə təlimatlarının və öhdəliklərinin hazırlanması,  yenilənməsi və həyata keçirilməsi;
  • Şöbədə hazırlanan məktublara nəzarət edilməsi və imzalayaraq departament direktoruna təqdim etdilməsi;
  • Plastik kartlar sahəsi üzrə məhsul və bazar strategiyasının hazırlanması və həyata keçirilməsində birbaşa iştirak və nəzarət edilməsi;
  • Bankın aidiyyəti olan struktur bölmələrinin Plastik kartlar və plastik kart əməliyyatları üzrə təlimi üçün bankdaxili təlim dərslərinin keçirilməsi;
  • Rəqib və xarici maliyyə qurumlarının və bazar konyukturunun təhlili əsasında  yeni məhsul və layihələrlə bağlı təkliflərin hazırlaması və departament direktoru ilə müzakirə olunması;
  • Hazırlanmış təklif və layihələrlə bağlı məhsul və ya xidmətin inkişaf  strategiyasının işlənməsi və reallaşdılması planının hazırlanması və departament direktoru ilə müzakirə olunması;
  • Plastik kartlar sahəsi üzrə mövcud məhsul və xidmətlərin satış səviyyəsinin müntəzəm hesabatlarını təhlil edilməsi və departament direktorunun məlumatlandırılması;
  • Aparılmış araşdırmalar əsasında mövcud məhsul və layihələrə dəyişikliklərin hazırlanması və departament direktoru ilə müzakirə olunması;
  • ATM və POS-terminal şəbəkəsinin genişləndirilməsi üçün davamlı  təhlillərin aparılması və təkliflərin hazırlanaraq departament direktoru ilə müzakirə olunmasl;
  • Bankın plastik kartlarla və POS/ATM-lə aparılan əməliyyatlar üzrə hesabatların  tərtib olunmasına nəzarət edilməsi və departament direktoruna təqdim edilməsi;
  • Mövcud və potensial müştəri kütləsinin seqmentləşdirilməsinin həyata keçirilməsi, məqsədli seqmentlərin seçilməsi və nəticənin departament direktoru ilə müzakirə olunması;
  • Aidiyyatı olan orqanlarla yazışma;
  • Mövcud qanunvericilik və bank daxili sənədləşmə proseduruna uyğun olaraq sənədləşmənin aparılması
  • Rəhbərliyin müxtəlif (birdəfəlik) tapşırıqlarının icra edilməsi.
  • Qanunvericiliyə uyğun Dövlət orqanlarının tələb etdiyi forma və müddətlərdə bankın fəaliyyətinə aid olan hesabatların təqdim edilməsi üçün İİS şöbəsinə zəruri məlumatların verilməsi.
  • Quvvədə olan qanunvericilik aktlarında  edilən əlavə və dəyişikləri daim nəzarətdə saxlamaq  və işində rəhbər tutmaq

CV-ləri  Əməliyyat  departamenti – Plastik kartlar şöbəsi müdir  mövzusu ilə vakansiya@parabank.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

 

Ən sərfəli krediti almaq üçün müraciət et