PASHA Holding Xəzinədarlıq və MİS üzrə menecer | Banco.az

PASHA Holding Xəzinədarlıq və MİS üzrə menecer

Vakansiya haqqında məlumat: 

PASHA Holding Xəzinədarlıq və MİS üzrə menecer vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

• Strateji və əməliyyat xəzinədarlıq fəaliyyətinin aparılması, müvafiq risklərin (məs: likvidlik, faiz, kredit, məzənnə) idarəolunması;
• Pul vəsaitlərin planlaşdırılması, cəlb olunması, idarəolunması, yerləşdirilməsi və ölkədaxili/ölkəkənarı optimal maliyyə alətlərindən, üsullardan istifadənin təmin olunması;
• Pul vəsaitləri axınlarına nəzarət olunması, zəmanətlərin verilməsi prosesinin idarəedilməsi və Qrup Xəzinədarlıq Siyasətinə uyğun digər fəaliyyətlərin həyata keçirilməsi;
• Qrupun fəaliyyətinə dair rəhbərliyə hesabatların, təhlillərin və xülasələrin hazırlanması;
• Büdcələmə/planlama işlərinin koordinasiyası, törəmə müəssisələrinin büdcələrinin, maliyyə nəticələrinin təhlilinin aparılması və maliyyə modellərinin formalaşmasında iştirak;
• Hesabatlılıq, təhlil, büdcələmə/planlama, məlumatvermə sistemlərinin, vasitələrinin və bacarıqlarının təkmilləşdirilməsi;
• Banklar, investisiya şirkətləri, brokerlər, törəmə şirkətlər ilə əlaqələrin qurulması və danışıqların aparılması;
• Yuxarı rəhbərlik və Qrup üzrə Maliyyə və İT Direktor tərəfindən verilən digər tapşırıqların zamanında icrası;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Maliyyə sahəsində bakalavr dərəcəsi;
• Əlaqəli sahədə minimum 7 il peşəkar təcrübə;
• CIMA, CFA və digər maliyyə yönümlü sertifikasiyaların olması üstünlükdür;
• Azərbaycan, ingilis v rus dillərini mükəmməl bilməli;
• MS Office proqramlarının, xüsusilə MS Excel və MS Power Point mükəmməl biliyi;
• MS Excel proqram təminatının mükəmməl biliyi, maliyyə modellərinin tərtibatında expert səviyyəsində malik olmaq;
• Bankçılıq, sığorta fəaliyyəti və maliyyə alətləri/bazarları, informasiya, planlama və hesabatlılıq sistemlərinin biliyi;
• Bazar haqqında geniş biliklər;
• Güclü analitik təhlil etmə və təqdimat qabiliyyəti, yüksək ünsiyyət, danışıqları aparmaq və münasibətləri idarə etmək bacarıqları, komandada işləmə vərdişləri;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Xəzinədarlıq və MİS üzrə menecer” qeyd olunmalıdır;
• CV-lər 31 avqust, 2019-cu il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə

Şirkət: 
PASHA Holding

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç