Nəzarət şöbəsinin Fondlarla iş bölməsində Kiçik mütəxəssis /Mütəxəssis/ Aparıcı mütəxəssis | Banco.az
Azər Türk Bank

Nəzarət şöbəsinin Fondlarla iş bölməsində Kiçik mütəxəssis /Mütəxəssis/ Aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

Təsvir

  • Bankın əməkdaşlıq etdiyi Fondlarla işin təşkili;
  • Bankın əməkdaşlıq etdiyi Fondların elektron sistemləri üzrə işlərin aparılması;
  • Bankın əməliyyat sistemində işlərin aparılması;
  • Kredit Zəmanət Fondunun (Biznes və aqrar kreditlər üzrə), Sahibkarlığın İnkişafı Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin və Kənd təsərrüfatı kredit məhsulları üzrə KOB kreditlərinin satışı üzrə əməkdaşlara lazımi məsləhətlərin verilməsi və onların bu sahədə işinə nəzarətin həyata keçirilməsi;
  • Bankın korporativ dəyərlərini mənimsəmək, bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək;
  • Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatların əldə edilməklə müxtəlif ssenarilərin təhlili və simulyasiya edilməsi, həmçinin, hesabatların hazırlanması;

Tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar);
  • Vəzifəyə uyğun olaraq müvafiq sahədə 1-3 il iş təcrübəsi;
  • Səlis Azərbaycan dili biliyi, xarici dil biliyi arzuolunandır;
  • MS Office proqramlarından (MS Excel yüksək səviyyədə) istifadə etmək bacarığı;
  • Analitik düşüncə və detallara qarşı diqqətlilik;
  • Stresə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurmaq və komanda tərkibində fəaliyyət göstərmək bacarığı.

 

Müraciət üçün daxil olun

Ən sərfəli krediti almaq üçün müraciət et