Nağd Vəsaitlərin İdarə Edilməsi Departamentinin Beyləqan Zona Mərkəzinin Meneceri | Banco.az
Kapital Bank

Nağd Vəsaitlərin İdarə Edilməsi Departamentinin Beyləqan Zona Mərkəzinin Meneceri

Vakansiya haqqında məlumat: 

Nağd Vəsaitlərin İdarə Edilməsi Departamentinin Beyləqan Zona Mərkəzinin Meneceri

Kapital Bank namizədləri Nağd Vəsaitlərin İdarə Edilməsi Departamentinin Beyləqan Zona Mərkəzinin Meneceri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Zona Mərkəzində xəzinənin fəaliyyətinə və inkassasiya işinə rəhbərlik etmək;
  • Xəzinədə olan nağd pulun və digər qiymətlilərin salamatlığının təmin olunması üçün tədbirlər görmək və tam maddi məsuliyyət daşımaq;
  • Pul anbarının birinci açarını və metal surğuc möhürünü saxlamaq və I xəzinə inzibatçısı funksiyasını həyata keçirmək;
  • Nağd pulun inkassator briqadaları tərəfindən qablaşdırılmasına nəzarət etmək;
  • Bankomatların kassetlərinin nağd pulla doldurulması və boşaldılması prosesinə nəzarəti təşkil etmək;
  • Nağd pulların sayılmasını, çeşidlənməsini, qablaşdırılmasını və bankomat kassetlərinə müvafiq qaydada doldurulmasını həyata keçirmək;
  • Xəzinədə mədaxil-məxaric kassa əməliyyatlarının müvafiq qaydalara uyğun aparılmasını təmin etmək;
  • Kassirdən qəbul olunmuş arayışları icmallaşdırıb kassa dövriyyələri haqqında ümumi arayış tərtib edərək, mühasibat sənədləri ilə üzləşdirmək və imzalamaq;
  • Gün ərzində yerli struktur bölmələrdən Mərkəzi kassaya daxil olan nağd pulun nominallar üzrə uçotunun aparılması və s.
     

Tələblər

  • Ali təhsil;
  • Bank sahəsində nağd vəsaitlər sahəsində vəzifədə 5 illik iş təcrübəsi;
  • Yüksək rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
  • Məsuliyyətlilik, operativlik və nizam-intizamlılıq;
  • MS Excel proqramı üzrə əla biliklər.

 

CV-lərinizi, mövzu bölməsində Beyləqan Zona Mərkəziqeydetməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et