Müştərilərlə əlaqələr və bank xidmətləri Departamenti / Satış üzrə Mütəxəssis | Banco.az
Caspian Development Bank

Müştərilərlə əlaqələr və bank xidmətləri Departamenti / Satış üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

“Caspian Development Bank (CDB)” ASC Baş ofis/Müştərilərlə əlaqələr və bank xidmətləri departamenti/Satış üzrə Mütəxəssis
 
Vəzifə öhdəlikləri:

- Xidmət göstərdiyi müştərilərin yeni məhsul və xidmətlərə olan tələbatı barədə mütəmadi olaraq, filial direktoruna məlumatlar verir;
- Xidmət göstərdiyi müştərilərdən sənədləri qəbul edir, yoxlayır və icra edir;
- Xidmət etdiyi müştərilərin cari hesabları üzrə balans və balansarxası bütün növ aktiv və passiv əməliyyatları aparır;
- Xidmət etdiyi müştərilərin hesabları üzrə nağdsız mübadilə əməliyyatlarının sənədlərini qəbul edir, yoxlayır və icra edir;
- Xidmət etdiyi müştərilərə cari və plastik kart hesabların açılması üçun sənədləri  qəbul edir;
- Xidmət etdiyi müştərilərin hesablarına vergi, DSMF və məhkəmə orqanların qoymuş olduqları sərəncamlarını icra edir;
- Xidmət etdiyi müştərilərin əməliyyatları barədə hesabat verilməsi üçün filial direktoruna məlumatlar verir;
- Potensial müştəri siyahılarını hazırlayır və görüşlərdə iştirak edir;
- Mövcud müştərilərə çarpaz satış qaydalarına uyğun olaraq satışı həyata keçirir;
- Həyata keçirdiyi görüşlər barəsində hesabatlar hazırlayır;
- Qanunvericiliyə uyğun olaraq, bank sirrinin qorunması şərti ilə, xidmət etdiyi müştərilərin hesablarının qalıqları və hesabları üzrə əməliyyatlar barədə müvafiq orqanlara arayışlar hazırlayır və filial direktorunun təsdiqinə təqdim edir;
- Müştəri hesablar üzrə bütün növ nağdsız əməliyyatları aparır;
- Filial direktoru ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirir;

Tələblər:

- Ali iqtisadi təhsil;
- Bankın Müştərilərə xidmət departamentində fiziki, hüquqi müştərilərə xidmətlər sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
- AR Maliyyə Bazarlarına Nəzarət Palatasının əməliyyatlar üzrə normativ aktları,qaydaları, bankdaxili prosedur və qaydalar üzrə biliklər;
- Azərbaycan, Rus dillərində sərbəst danışma qabiliyyəti;
- Analitik düşüncə tərzi;
- Kommunikativ və gülərüz;
- Operativlik, diqqət və dəqqiqlik;
 
CV-lərinizi müraciət etdiyiniz vakansiyanın adı göstərməklə Bankın [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur.

Elan üzrə CV-lər 14 aprel 2017-ci il tarixinə qədər qəbul edilir.

Ən sərfəli krediti almaq üçün müraciət et