Mübahisəli məsələlərin hüquqi tənzimlənməsi şöbəsinin hüquqşünası | Banco.az
Expressbank

Mübahisəli məsələlərin hüquqi tənzimlənməsi şöbəsinin hüquqşünası

Vakansiya haqqında məlumat: 

Tələblər:

  • Hüquq ixtisası üzrə ali təhsil;
  • Müvafiq sahədə ən azı 1 il iş stajı;
  • Microsoft Office proqramlarını bilməli;
  • Ciddi, məsuliyyətli, perspektivli, səliqəli olmalı;
  • Azərbaycan dilini sərbəst bilməli.

Vəzifə öhdəlikləri:

  • Ümumi və inzibati-iqtisadi məhkəmələrinə Bankın adından pretenziyalar, ərizələr və iddia ərizələri, pretenziyalara cavablar və iddialara etirazlar hazırlamaq;
  • Ümumi, inzibati-iqtisadi və apellyasiya məhkəmələrində Bankın maraqlarının qorunması məqsədi ilə nümayəndəliyi təmin etmək;
  • Pretenziyaların, iddiaların, pretenziyalara cavabların, iddialara etirazların, pretenziya və iddialarla bağlı sənədlərin uçotunu aparmaq;
  • Bankda iddia işlərini aparmaq, məhkəmələrdə müəyyən edilmiş qaydada Bankın maraqlarını qorumaq;
  • Pretenziya işlərinin təşkili və aparılmasında Bankın müvafiq struktur bölmələrinə məsləhət və metodik köməkliklər göstərmək;
  • Əmək mübahisələrinin həlli üzrə səlahiyyətli orqanlarda nümayəndəliyi təmin etmək.

 

QEYD: Xahiş olunur yalnız “Expressbank” ASC -nin CV formasını, yuxarıda göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.   

Ən sərfəli krediti almaq üçün müraciət et