Mikro kreditlər üzrə mütəxəssis / aparıcı mütəxəssis | Banco.az
Expressbank

Mikro kreditlər üzrə mütəxəssis / aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

Vəzifə: Mikro kreditlər üzrə mütəxəssis / aparıcı mütəxəssis (Bakı, Sumqayıt və region filialları üzrə: Qusar, Xaçmaz, Bərdə, Şirvan)

Tələblər:

- Ali iqtisadi təhsil; 
- Bank və ya BOKT-da Biznes və ya Mikro kredit sahəsində ən azı 2-3 il iş təcrübəsi; 
- Təhlil etmə bacarığı; 
- Ünsiyyət qurma və komandada işləmək bacarığı;

Vəzifə öhdəlikləri:

- Əraziyə uyğun olaraq Biznes və mikro kredit üzrə müştəriləri cəlb etmək;
- Məhsul üzrə aktiv marketinq təbliğatını həyata keçirmək; 
- Qarşıya qoyulan aylıq satış hədəflərini icra etmək;
- Vəzifə öhdəliklərini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək; 
- Bankın kredit məhsullarına dair müştəriyə məsləhət vermək; 
- Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq;

Əsas üstünlüklər:

- Azərbaycanda fəaliyyət göstərən aparıcı banklarının birində iş təcrübəsi;
- AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
- Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
- Professional və maddi inkişaf perspektivləri;
- Karyera artımında şəffaflıq;

E - mail : [email protected]

Ən sərfəli krediti almaq üçün müraciət et