Mikro kreditlər üzrə mütəxəssis | Banco.az
Bank BTB

Mikro kreditlər üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Bank “BTB” ASC Mikro kreditlər üzrə mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

 

Mikro kreditlər üzrə mütəxəssis

İş barədə məlumat:

  • Mikrokredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir;
  • KK–də təsdiqlənmiş müştərilər ilə əlaqə saxlayır rəsmiləşmə üçün uyğun vaxt təyin edir və müştərini banka dəvət edir;
  • Müştəri və ona aid bütün məlumatları KK qərarına uyğun olaraq rəsmiləşdirib yoxlanılması üçün Kredit şöbəsinin rəhbərinə təhvil verir;
  • Ehtiyac  yarandıqda müştərilərin ödəniş tapşırıqlarını həyata keçirir.
  • Müştəriyə, girov qoyana,  zaminə öhdəlikləri barədə məlumat verir:
  • Filialın kredit məhsullarının təşviqini və yeni müştərilərin cəlb olunmasını təşkil edir.
  • Kredit üzrə tranşın verilməsi və verifikasiya edilməsi üçün sənədləri Kredit şöbəsinin rəhbərinə təqdim edir;
  • Müştərilərin ödəniş qabiliyyətini təyin etmək üçün analizlər aparır.

Namizədə tələblər:

  • Ali təhsil,
  • Kreditləşmə sektorunda ən azı 3 ay iş təcrübəsi,
  • Ünsiyyətqurma bacarığı;
  • Təqdimetmə və satış bacarığı,
  • Monitorinq və nəzarətetmə bacarığı,
  • MS office proqramında işləmə bacarığı.

MS office proqramında işləmə bacarığı.Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 31 May, 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Mikrokreditlər üzrə mütəxəssis) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et