Mərkəzi Təhlil Şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis | Banco.az
Rabitəbank

Mərkəzi Təhlil Şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Rabitabank Mikro və Riteyl Departamentinin Mərkəzi Təhlil Şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis vakansiyaları üzrə işə qəbul elan edilir.

Ölkənin iri, dayanıqlı və etibarlı banklarından biri olan "Rabitəbank" ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 Vəzifə öhdəlikləri:

·         Müştəri Xidməti Strukturları tərəfindən Şöbəyə daxil olmuş İstehlak Kredit sifarişlərinin Minimum Sənədlər Paketinə uyğunluğunu yoxlanılması;

·         Müştəri Xidməti Strukturlarından gələn kredit müraciətlərinin təhlili və qərar verilməsində iştirak;

·         Kreditin məbləğini, valyutasını, müddətini və faiz dərəcələrini yoxlanılması;

·         Kredit sifarişi haqqında sorğunun nəticələrini yoxlanılması (AKB girova düşmüş girovun kredit sifarişində qeyd olunan girovla üzləşdirilməsi, gecikdirilmiş kredit borclarının dəqiqləşdirilməsi);

·         Təminatın adekvatlığını, realizasiyasını və həssaslığını yoxlanılması;

·         Struktur və habelə birbaşa olaraq özünün qarşısında qoyulmuş digər hədəflərinin vaxtında və keyfiyyətlə icra edilməsi;

Vəzifəyə olan tələblər:

·         Ali təhsil (iqtisadi təhsil arzu olunandır);

·         Kredit sahəsindən ən azı 1-2 il iş təcrübəsi;

·         Azərbaycan dilini mükəmməl səviyədə, rus və ingilis dili arzu olunandır;

·         MS Office proqramlarında, xüsusi ilə Excel-də sərbəst işləmə bacarığı;

·         Riyazi biliklərə, analitik düşüncəyə malik olmaq;

·         Yüksək kommunikasiya qurma bacarıqları;

·         Detallara qədər dəqiqlik və diqqət;

·         Təşəbbüskarlıq, məsuliyyət, etibarlılıq kimi xüsusiyyətlərə malik olmaq.

Göstərilən tələblərə cavab verən və vakansiya üzrə marağı olan namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Mərkəzi təhlil şöbəsi/Mütəxəssis və ya Mərkəzi təhlil şöbəsi/Aparıcı mütəxəssis yazmağınız xahiş olunur. 

Əlaqə vasitələri:

E-mail: [email protected] 
Telefon: (012) 598 44 88
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Ən sərfəli krediti almaq üçün müraciət et