Məlumat xidməti - Reception (Saatlı, Beyləqan, Ağsu) | Banco.az
Kapital Bank

Məlumat xidməti - Reception (Saatlı, Beyləqan, Ağsu)

Vakansiya haqqında məlumat: 

Ümumi məlumat

Kapital Bank namizədləri aşağıdakı regionlar üzrə Müştəri Əlaqələndiricisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

(Saatlı, Beyləqan, Ağsu)

Öhdəliklər

  • Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması
  • Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi
  • Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi
  • Ödəniş terminallarından istifadə qaydaları haqda məlumatların verilməsi

Tələblər

  • Ali təhsil
  • Səbirli, təmkinli, təzyiqə davamlı
  • Ünsiyyətqurma və izahetmə qabiliyyəti
  • Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı və Sumqayıt filialları üzrə)
  • MS Office proqramları üzrə biliklər
  • Əla ünsiyyət bacarıqları
  • Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində "Məlumat xidməti / Reception" qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.