Məhkəmələr və hüquqi təminat şöbəsinin hüquqşünası | Banco.az
Kapital Bank

Məhkəmələr və hüquqi təminat şöbəsinin hüquqşünası

Vakansiya haqqında məlumat: 

 

Məhkəmələr və hüquqi təminat şöbəsinin hüquqşünası

Kapital Bank namizədləri Hüquq Departamentinin Məhkəmələr və hüquqi təminat şöbəsinin hüquqşünası vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər

  • Problemli kreditlərlə əlaqədar olmayan məhkəmə proseslərində Bankı bütün instansiya məhkəmələrində nümayəndə qismində təmsil edir, müvafiq şikayət və ərizələri hazırlayıb aidiyyəti üzrə göndərir;
  • Hüquq mühafizə orqanlarından, habelə şöbənin səlahiyyətinə aid olan məsələlər üzrə dövlət orqanlarından Banka daxil olan sorğu və müraciətlərə baxaraq qanunvericiliyə müvafiq cavablar hazırlayır və ya bu məqsədlə aidiyyəti struktur bölmələrə hüquqi dəstək verir;
  • Bankın struktur bölmələrinin yazılı/şifahi sorğularına əsasən praktiki işlərində əmələ gələn hüquqi məsələlər üzrə izahat və məsləhətlərini verir, onları qüvvədə olan qanunvericilik və onun tətbiqi üzrə lazımi materiallarla təmin edir;
  • Şöbənin səlahiyyətinə aid olan məsələlər üzrə standart tipli sənədləri hazırlayır (etibarnamə, əmr və s.);
  • Bankın filial, şöbə və nümayəndəliklərinin açılmasını və bağlanmasını hüquqi cəhətdən dəstəkləyir, onların vergi uçotunu təmin edir, Bankın fəaliyyəti üçün zəruri olan icazə və lisenziyaların alınması, müvafiq dövlət orqanlarında təsdiq etmə və qeydiyyata alınma ilə əlaqədar Bankın aidiyyəti dövlət orqanları qarşısında təmsilçiliyini həyata keçirir.

 

Tələblər

  • Ali hüquqi təhsil;
  • Hüquq sahəsində 1 il iş təcrübəsi;
  • Bank təcrübəsi üstünlük təşkil edir;
  • Azərbaycan, Rus və İngilis dili biliyi;
  • Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı;
  • Məxfilik, dəqiqlik, təhliletmə qabiliyyəti;
  • Vaxtın düzgün idarəedilməsi qabiliyyəti;
  • Komanda tərkibində işləmək bacarığı.

 

CV-lərinizi, mövzu hissəsində “Məhkəmələr və hüquqi təminat şöbəsinin hüquqşünası” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et