Marketinq və satışın təşkili şöbəsinin mütəxəssisi | Banco.az
Xalq Bank

Marketinq və satışın təşkili şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Biznesin İnkişafı idarəsi

Vəzifə: Marketinq və satışın təşkili şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Maliyyə, menecment, iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması;
  • Ən azı 1 il marketinq sahəsində və ya bankda iş təcrübəsi (Xidmət sektoru üzrə iş təcrübəsinin olması arzuolunandır);
  • Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
  • Analitik düşünmə qabiliyyəti;
  • Peşəkar səviyyədə MS Excell-dən istifadə bacarığı;
  • Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
  • Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
  • İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilmək arzuolunandır);

 

İŞİN TƏSVİRİ:

  • Bank məhsullarının satışını, rəqabət qabiliyyətliliyini daim izləmək və təhlil etmək;
  • Satışların mövcud müştəri qrupları və məhsullar üzrə analitik təhlili;
  • Məhsullar və müştəri qrupları üzrə gəlirliliyin təhlil olunması və məhsul şərtlərinin yenilənməsinə dair təkliflərin verilməsi;
  • Müxtəlif müştəri və müştəri qruplarına xüsusi məhsul və xidmət şərtlərinin təqdim olunmasına dair təkliflərin hazırlanması;
  • Yeni bank məhsullarının yaradılması, xidmət şəbəkəsinin genişləndirilməsi, xidmətin keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması ilə bağlı təkliflər hazırlamaq;
  • Bankın filial/şöbələrinin satış potensialının tam şəkildə istifadə edilməsi üçün tədbirlərin planlaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
  • Məhsul və xidmətlər üzrə satış üsullarını, alətlərini və kanallarını müəyyən etmək və mütəmadi təkmilləşdirmək.

 

Qeyd:  Tələblərə uyğun olmayan və mail-də "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E-mail:   cv@xalqbank.az

Telefon:  (012) 404 43 39

Faks:      (012) 404 43 34

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç