Marketinq müdir | Banco.az

Marketinq müdir

Vakansiya haqqında məlumat: 

Namizədə olan tələblər:

  • Bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
  • Marketinqin idarəedilməsi  üzrə Bank  sahəsində  minimum beş  illik təcrübəyə malik olması;
  • Marketinq və bazar araşdırmalarını dərindən bilməli ;
  • Şöbənin  işlərini planlaşdırma bacarığına malik olması;
  • Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti;
  • Rus,İngilis dillərində sərbəst danışıq bacarığı;
  • Komputer proqramlarını dərindən bilməsi

İş barədə məlumat:

  • Marketinq strategiyasını işləyib hazırlamaq və müvafiq təsdiqdən sonra onun yerinə yetirilməsini təmin etmək;
  • Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmaları aparmaq, mövcud məhsul və xidmətlərin yeni bazarlarını, onların bazar qiymətlərini və müştəri qruplarını müəyyənləşdirmək;
  • Məhsulu və xidmət yaratmaq və onun satış kanallarının müəyyən edilməsini təşkil etmək.
  • Rəqiblərin araşdırılması və  onlar üzrə məlumat bazası yaradılmasını təşkil etmək və onu daima təkmilləşdirmək;
  • Satışın təşkilinə köməklik etmək;
  • Satışla bağlı ortaya çıxan məsələlər köməklik göstərmək;
  • Məhsul və xidmətlərin satışında müştəri xidməti strukturarına və Kreditlərin idarəedilməsi və Nəzarət departamentinə yaxından köməklik göstərmək;
  • Bankın imicinin formalaşmasını təmin edən tədbirlər görmək;
  • Bankın broşuralarının və illik hesabatının hazırlanması;
  • Bankın internet səhifəsində məlumatların yeniləşməsinə nəzarət;
  • Bankda keyfiyyətə nəzarət işini təşkil etmək;
  • Azərbaycandan kənar yeni tərəf-müqabil bankların və maliyyə institutlarının müəyyən olunması üzrə işləri görmək;
  • Yeni satış texnologiyalarının tətbiqi, bu sahədə satış işçilərinin hazırlanması ;
  • Call center-in xidmət fəaliyyətinin yaxşılaşdırılmasına nəzarət etmək;
  • Satişa dəstək ola biləcək digər bütün işlər;

CV-ləri Marketinq- müdir  mövzusu ilə vakansiya@parabank.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et