MALİYYƏ VƏ İNSAN RESURSLARI ÜZRƏ MÜTƏXƏSSİS | Banco.az

MALİYYƏ VƏ İNSAN RESURSLARI ÜZRƏ MÜTƏXƏSSİS

Vakansiya haqqında məlumat: 
  • Şəhər                    Bakı

  • Yaş                       25 - 35 yaş

  • Təhsil                    Ali

  • İş təcrübəsi           1 ildən 3 ilə qədər

  • Elanın tarixi          Yanvar 16, 2018

  • Bitmə tarixi           Fevral 15, 2018

  • Əlaqədar şəxs        Venera x

İş barədə məlumat

- Kadrlara olan tələbin müəyyənləşdirilməsi, vakansiyaların elan edilməsi və uyğun namizələrin seçilməsi 
- İşəqəbul və oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni işçinin oriyentasi olunması, sınaq müddətində izlənməsi 
- Xidməti fəaliyyətin qiymətləndirilməsi prosedurunun hazırlayıb həyata keçirilməsi 
- Kadr bazasının yaradılması 
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, Elektron Hökumət Portalına daxil edilməsi 
- Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi 
- İşçilərin icbari sığortasının həyata keçirilməsi; 
- Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması 
- Kassaya aid olan bütün əməliyyatlara nəzarət etmək və məsuliyyət daşımaq 
-Kassaya mədaxil və məxaricə bir başa nəzarət etmək və sənədləşdirmək 
- Müştəriyə göstərilən xidmət üzrə kassaya pulun daxil edilməsini sistemli və səliqəli təmin etmək. 
- Kassanın mövcud vəziyyəti haqqında günlük, aylıq və illik hesabatları rəhbərliyə təqdim etmək. 
-Birbaşa rəhbəri tərəfindən vəzifə funksiyaları üzrə verilən digər tapşırıqları yerinə yetirmək. 
- İş vaxtı saat 09:00-dan 18:00-dək 
- İş günləri həftənin 1-6-cı günləri

Namizədə tələblər

- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli 
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında mükəmməl biliyə sahib olması 
- İşəqəbul prosesinin əsas qaydalarını bilməli; 
- Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı 
- Mühasibatliq sahəsində azı 3 il iş təcrübəsi

Şirkət: 
DHL Express Baku

Ən sərfəli krediti almaq üçün müraciət et