Maliyyə hesabatlılığı departamentinin rəhbəri | Banco.az
AccessBank

Maliyyə hesabatlılığı departamentinin rəhbəri

Vakansiya haqqında məlumat: 

Maliyyə hesabatlılığı departamentinin rəhbəri

Öhdəliklər:

 Aşağıdakıların təmin olunması üzrə maliyyə hesabatlılığı şöbəsinin işçi heyətinin gündəlik fəaliyyətini idarə etmək:
 Məlumatların vaxtlı-vaxtında toplanması;
 Ali rəhbərlik, xarici tərəfdaşlar, tənzimləyicilər və s. üçün aylıq hesabatların tərtib edilməsi;
 Əlavə məlumatların / hesabatların təqdim olunması üçün digər departamentlərlə əməkdaşlıq;
 Əllə icra olunan proseslərin sürətləndirilməsi və hesabat prosesinin avtomatlaşdırılma səviyyəsinin artırılması imkanlarının müəyyən edilməsi.
 Hesabat departamentinin fəaliyyətini tənzimləyən daxili prosedurlarını tətbiq etmək və mütəmadi qaydada yeniləmək;
 Beynəlxalq Maliyyə Hesabatları Standartlarının (BMHS) tələblərinə uyğun şəkildə mühasibat uçotu siyasəti ilə əlaqədar sənədləri tərtib və tətbiq etmək və qoruyub saxlamaq;
 Maliyyə hesabatları və mühasibat uçotu ilə əlaqədar kənar auditorlarla əlaqə saxlamaq, audit prosesini bankdaxili strategiyalarla və qərarlarla tənzimləmək; auditin nəticələri ilə əlaqədar illik maliyyə hesabatlarının hazırlanmasında fəal iştirak etmək;
 BMHS-na müvafiq surətdə hesabatların hazırlanması üzrə aralıq daxili prosesləri tənzimləmək və illik auditə hazırlığı düzgün təşkil etmək.

Tələblər:

 Mühasibatlıq / maliyyə ixtisası üzrə magistr dərəcəsi
 Mühasibatlıq / maliyyə hesabatları sahəsində ən azı 2 illik iş tərcübəsi. Auditor şirkətləri ilə əməkdaşlığın mövcudluğuna üstünlük verilir;
 BMHS prinsiplərini, mühasibat uçotu və hesabatlılıq üzrə tənzimləyici tələbləri peşəkar səviyyədə bilmək və onları şərh etməyi, Bankın mütəmadi maliyyə hesabatlarına tətbiq etməyi bacarmaq;
 Microsoft Excel və digər MS Office proqramları ilə peşəkar səviyyədə işləmək bacarığı;
 İngilis dilini peşəkar səviyyədə bilmək;
 Mükəmməl analitik bacarıq, təfsilatlara qarşı yüksək diqqətcillik;
 Komandada işləmək, iş prosesində heyət üzvlərini təkmilləşdirməyə çalışmaq;
 Mükəmməl ünsiyyət vərdişləri;  Nizam-intizam qaydalarına və vaxt çərçivəsinə riayət etmək bacarığı.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et