Maliyyə əməliyyatlarının monitorinqi şöbəsi / Böyük mütəxəssis
Maliyyə əməliyyatlarının monitorinqi şöbəsi / Böyük mütəxəssis
Tələblər:
- Ali təhsil;
- PL/TMM və FATCA/CRS sahəsində -2 (iki) il iş təcrübəsi;
- Azərbaycan, rus, ingilis dillərində sərbəst danışıq bacarığı;
- Microsoft Office proqlamları üzrə mükkəmməl bilik bacarığları;
- Analitik düşünmə qabiliyyəti;
- Sərbəst qərar qəbuletmə;
- Komandada işləmək bacarığı;
Öhdəliklər:
- Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında AR-nın Qanunun tələblərini bilmək və təcrübədə tətbiq etmək;
- Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair tələblərini bilmək və təcrübədə tətbiq etmək;
- AR-nın Maliyyə Monitorinqi Xidmətinə cari və şübhəli əməliyyatlar barəsində hesabatlar təqdim etmək;
- “Nağdsız Hesablaşmalar Haqqında” Qanunun müddəalarını və bu Qanunla bağlı nəzarət orqanları tərəfindən banklara təqdim edilən tövsiyə məktublarını bilmək və təcrübədə tətbiq etmək;
- Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda bankın əməkdaşlarına təlimlər keçmək və bankın işçilərinin bilik səviyyəsini qiymətləndirmək;
- Beynəlxalq maliyyə sanksiyaları üzrə tələbləri bilmək;
- Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının tələblərin bilmək;
- FATCA/CRS tələblərini bilmək və AR-nın Vergilər Nazirliyinə müvafiq hesabatların hazırlamaq və təqdim etmək.
E - mail : [email protected]