Layihələrin idarə olunması üzrə aparıcı mütəxəssisi | Banco.az
AFB Bank

Layihələrin idarə olunması üzrə aparıcı mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

AFB Bank Biznesin inkişafı departamentinin layihələrin idarə olunması üzrə aparıcı mütəxəssisi (PMO-Layihə koordinatoru) vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Layihələrin idarə olunması üzrə aparıcı mütəxəssis (PMO-Layihə koordinatoru)

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• Ali təhsil;

• Layihələrin idarə edilməsi prinsipləri və beynəlxalq standartları ilə əlaqədar biliklər;

• Layihə idarəetməsinin müvafiq alətləri ilə işləmə təcrübəsi arzuolunandır;

• Layihələrin idarə olunması, layihə koordinasiyası sahəsində azı 1 il iş təcrübəsi;

• Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (ingilis və rus dili bilikləri arzuolunandır);.

• MS Office və layihələrin idarəedilməsi ilə əlaqəli proqramlar üzrə yaxşı bilik səviyyəsi;

• Yüksək səviyyədə kommunikasiya və komandada işləmə bacarığı;

• Təşkilati və analitik bacarıqlar;

• Detallara diqqət etmə, şəffaflığın təmin olunmasına məsuliyyətli yanaşma;

• Yaradıcı və yenilikçi olmaq. 

 

İŞİN TƏSVİRİ:

• Bankın əməliyyat planlarının tətbiq edilməsinə nəzarət edilməsi və ona dair hesabatların hazırlanması;

• Əməliyyatlara baxış iclaslarının planlaşdırılması, təşkil edilməsi, iclaslar zamanı qeydlərin alınması, iclasların protokollaşdırılması və qəbul edilmiş qərarların həyata keçirilməsinə nəzarət;

• Birbaşa rəhbərə əməliyyatların idarəedilməsi məsələləri ilə əlaqəli hesabatların təqdim edilməsi;

• İcra olunan layihələr barəsində aylıq, rüblük və illik hesabatların hazırlanması;

• Layihələrin monitorinqinin aparılmasında iştirak;

• Bitmiş layihələr üzrə sorğuların təşkil edilməsi;

• Layihələr üzrə sənədləşmə və arxiv işlərinin aparılması;

• Bankın layihələrinin həyata keçirilməsi zamanı struktur bölmələr, həmçinin layihə qrupları ilə əməkdaşlıq etməklə müvafiq Koordinasiya dəstəyinin göstərilməsi;

• Layihələrin idarə olunması ilə bağlı olan bütün əməliyyat prosedurlarına və təlimatlarına əməl edilməsi.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Layihələrin idarə olunması üzrə aparıcı mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et