Kürdəmir filialı üzrə xəzinədar | Banco.az
Rabitəbank

Kürdəmir filialı üzrə xəzinədar

Vakansiya haqqında məlumat: 

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Nağd pul və qiymətlilərlə aparılan əməliyyatların Mərkəzi Bankın normativ göstəricilərinə və bankın daxili qaydalarına uyğun aparılmasını təmin edir;
  • Nağd pulun qəbulunu və sayılıb çeşidlənməsini təmin edir;
  • Sayılmış pulların bandrollaşdırılmasını və bağlanmasını həyata keçirir;
  • Xəzinədə olan tələbatdan və limitdən artıq nağd pul və qiymətliləri bankın ehtiyyat fonduna təhvil verir;
  • Müştərilərə ancaq baş xəzinədar və ya filial müdir tərəfindən tapşırılmış qiymətlilərin mədaxili, məxarici və valyuta mübadiləsi xidməti  göstərir;
  • Filialın nəzdində olan mübadilə məntəqələrini nağd pul vasitəsi ilə təmin edir;
  • Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barədə müəyyən olunmuş formalarda hesabatları təqdim edir;
  • Dövriyyəyə yararsız nağd pula və digər qiymətlilərin dövriyyədən çıxarılmasına, dəyişdirilməsinə, bu sahədə Mərkəzi Bankın qaydalarına əməl edir;
  • Mərkəzi Bankın və Bankdaxili qayda və təlimatları bilmək, onlara riayət etmək.

NAMİZƏDƏ TƏLƏBLƏR:

  • Aidiyyatı sahədə ən azı 1 il iş təcrübəsi (bank və ya oxşar kredit təşkilatında iş təcrübəsinin olmasına üstünlük verilir);
  • kollektivdə işləmək qabiliyyəti;
  • Vətəndaş qüsursuzluğuna malik olmalı;
  • Ciddi nəzarət etmək qabiliyyəti olmalı;
  • Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;
  • Məsuliyyətli, diqqətli, tələbkar, təşəbbüskar olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kürdəmir filialı üzrə xəzinədar” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

  • E-mail: [email protected] 
  • Telefon: (012) 598 44 88, 
  • Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Ən sərfəli krediti almaq üçün müraciət et