Kreditlərinin Restrukturizasiyası və Bərpası Departamentinin Hüquqşünası | Banco.az
AccessBank

Kreditlərinin Restrukturizasiyası və Bərpası Departamentinin Hüquqşünası

Vakansiya haqqında məlumat: 

Öhdəliklər:

  • Məhkəmə və icra orqanlarında, həmçinin girovda olan əmlakın satışı məqsədilə təşkil olunmuş hərraclarda Bankın maraqlarını təmsil etmək; 
  • İddia ərizələri, məktublar, şikayətlər, aydınlaşdırmalar və digər hüquqi əhəmiyyət kəsb edən sənədlərin hazırlanması;
  • Bütün istiqamətlər üzrə şöbənin hesabatlarının hazırlanması.

Tələblər:

  • Ali hüquqi təhsil;
  • 6 aydan az olmayan iş təcrübəsi;
  • AR qanunvericiliyinin mülki, bank, prosessual sahələrində dolğun biliklər;
  • Səlis PK istifadəçisi ( ofis proqramları)
  • Azərbaycan və rus (arzu olunan) dillərini mükəmməl bilmək;
  • Məsuliyyətlilik və stressə davamlılıq;
  • Danışıqlar aparmaq bacarığı, ünsiyyətçillik;
  • Problemlərin həllində mobillik və  operativlik.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət üçün son tarix: 15.07.2017

Ən sərfəli krediti almaq üçün müraciət et