Kreditlərin Anderraytinqi bölməsinin mütəxəssisi | Banco.az
Bank BTB

Kreditlərin Anderraytinqi bölməsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Kreditlərin Anderraytinqi bölməsinin mütəxəssisi

 

İş barədə məlumat:

  • Müştərilərin maliyyə və biznes təhlilini aparmaq;
  • Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində baş verən dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirməklə kreditin verilməsi barədə yekun rəy bildirmək;
  • Müəyyən limit çərçivəsində olan sifarişlərin yerində biznes baxışı keçirmək;
  • Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların tələblərinin qorunmasına nəzarət etmək;
  • Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri yerinə yetirmək.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Bank sektorunda kredit və anderraytinq sahəsində ən azı 2 il iş təcrübəsi;
  • İqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
  • Stresə davamlılıq, müştərilərlə ünsiyyət qurma və tələb olunan məlumatları əldə etməbacarığı;
  • Microsoft Office proqramları üzrə biliklər (mükəmməl səviyyədə);
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), rus və ingilis dilləri (orta səviyyədə).

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 31.07.2019-cu il tarixinədək cv@btb.azelektron  ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Kreditlərin Anderraytinqi bölməsinin mütəxəssisi göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç