Kredit Təhlili Departamenti | Banco.az

Kredit Təhlili Departamenti

Vakansiya haqqında məlumat: 

“Ziraat Bank Azərbaycan” ASC Kredit Təhlili Departamenti

Menecer/ menecer müavini/ baş mütəxəssis vəzifələrinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

  • Ali iqtisadi təhsil;
  • Cinsiyyəti – kişi
  • Yaşı – 21-30 arası
  • Min 2 il kredit təşkilatında SME və ya korporativ kreditlərin verilməsi sahəsində təcrübə
  • Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları.
  • Əldə olunmuş məlumatlar əsasında sifariş olunan öhdəliklərin borcalan tərəfindən ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri izləmək, proqnoz hesabatlar hazırlamaq, sifarişin məqsədəuyğunluğunu və effektivliyini qiymətləndirmək, buna dair hesabat hazırlamaq.
  • Stres altında işləmə qabiliyyəti, müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti.
  • Rus, Türk və İngilis dil bilikləri müsbət qarşılanır
  • CİMA, CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır. (minimum ACCA F3, CİMA CO1, CO2 sertifikatının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilmək)
  • Kompüter bilikləri (MS Office, Internet);

Əsas vəzifələr:

  • Korporativ müştərilər üzrə geniş təhlil hesabatlarının (biznes fəaliyyətinin izahı, maliyyə hesabatlarının hazırlanması)  hazırlanması. 

Göstərilən tələblərə cavab verən namizədlər May ayının 30-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunuzda konkret olaraq müraciət etdiyiniz vəzifəni göstərməyiniz vacibdir.

Şirkət: 
“Ziraat Bank Azərbaycan” ASC

Ən sərfəli krediti almaq üçün müraciət et