Kredit meneceri/Biznes - Bakı/ Şimal və ya Cənub regionları | Banco.az
Rabitəbank

Kredit meneceri/Biznes - Bakı/ Şimal və ya Cənub regionları

Vakansiya haqqında məlumat: 

      Əsas vəzifələr :

  •  Filialın kredit portfelinin keyfiyyətinin təhlili.
  •  Filialın maliyyə analizinin aparılması.  
  •  Kredit mütəxəssislərinin tərəfindən  aparılan biznes təhlillərinin yoxlanılması.
  •  Kredit portfelinin idarə olunması və nəzarət.
  •  Yeni kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərinin aşılanması.
  •  Müştərilərin ödəniş qabiliyyətinin təhlili.
  •  Borc ödənişlərinin vaxtında icrasına nəzarət .
  •  Kredit mütəxəssisləri tərəfindən monitorinqlərin vaxtında və düzgün aparılması işinin  təşkili və  nəzarət.
  •  Problemli kreditlərlə işin təşkili və koordinasiyası.
  • Filialın xidmət göstərdiyi ərazilərdə maliyyə bazarının araşdırılması və müştərilərin cəlb olunması, onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflərin  verilməsi.

       Əsas tələblər:

  • İqtisadiyyat, riyaziyyat və ya idarəetmə sahəsi üzrə ali ixtisas təhsili;
  • Maliyyə-kredit sahəsində an azı 2 (iki) il iş təcrübəsi;
  • İdarəetmə təcrübəsi;
  • Hüquq və idarəetmə məsələlərinə, maliyyə xidmətlərinə dair məlumatlı olmaq;
  • Filialın yerləşdiyi ərazidə kiçik və orta biznesin konyukturası ilə yaxından tanış olmaq;    
  • İqtisadi və biznes təhlilləri aparmaq, riskləri qabaqcadan görmək, onları idarə etməyi bacarmaq;
  • Azərbaycan dilini sərbəst ünsiyyət qurma bacarığı.(Rus dili bilikləri arzuolunandır)
  • Ünsiyyət qurma, liderlik, inandırma bacarıqları
  • Kredit portfelinin idarə edilməsinə dair hesabatların tərtib edilməsi, və təhlil nəticələrinı uyğun  operativ və düzgün qərar vermə bacarığı;
  • Microsoft Office proqramlarında işləmə bacarığı

                  İş  şərtləri :

  •     İş təcrübəsinə uyğun yüksək əmək haqqı
  •     Fərdi və cəmi  kredit portfelinə görə bonus sistemi
  •     Təlim və inkişaf imkanları

Müraciət üçün, mövzu yerində vakansiyanın adını mütləq qeyd etməklə, CV-lərinizi [email protected]  e-mail ünvanına göndərməniz  və ya http://www.rabitabank.com/  saytında elektron CV formasını doldurmanız  xahiş olunur. 

Ən sərfəli krediti almaq üçün müraciət et