Kredit İdarəsinin Monitorinq şöbəsinin mütəxəssisi | Banco.az
Xalq Bank

Kredit İdarəsinin Monitorinq şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Vəzifə: Kredit İdarəsinin Monitorinq şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Maliyyə, İqtisadiyyat, Menecment və ya Hüquq sahəsində ali magistr təhsili;
• Bankda Kredit sahəsində (kiçik və orta biznes sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
• Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
• Analitik düşüncə və detallara fikirvermə qabiliyyəti;
• Stressə davamlılıq, komandada və regionlara ezam olunaraq işləmə bacarığı; 
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).

İŞİN TƏSVİRİ:

• Təsdiq olunmuş kreditlər üzrə kredit rəylərinin düzgün tərtib olunmasına və iqtisadi-maliyyə təhlilin tam aparılmasının yoxlanılması məqsədilə səyyar monitorinqlər aparmaq;
• Kredit üzrə ödənişləri təhlükə altına ala biləcək mümkün riskləri öncədən müəyyən etmək məqsədi ilə borcalanların ödəmə qabiliyyətini təhlil etmək;
• Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə etməsinə nəzarət etmək;
• Kredit üzrə girov / ipoteka qismində rəsmiləşdirilmiş əmlakın mövcudluğunun və  likvidliyinin yoxlanılması məqsədilə monitorinq aparmaq;
• Monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
• Hesabatların təhlil edilməsi yolu ilə kredit portfelinin keyfiyyətinə nəzarət etmək.

QEYD:

Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E - mail:  [email protected] 
Telefon:  (012) 404 43 39
Faks:      (012) 404 43 34

Ən sərfəli krediti almaq üçün müraciət et