Korporativ satış mütəxəssisi | Banco.az
Azər Türk Bank

Korporativ satış mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Namizədə olan tələblər

  • Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil arzuolunandır)
  • Azərbaycan və rus dillərini səlis, ingilis dilini yaxşı səviyyədə bilmək
  • Müvafiq sahə (korporativ müştərilərə xidmət) üzrə minimum 2 il iş təcrübəsinə malik olmaq
  • Bank məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olmaq
  • Maliyyə və kredit analizi biliklərinə malik olmaq
  • Sahəyə aid olan qayda və normativləri bilmək
  • Bütün kateqoriyalı müştərilər ilə effektiv əlaqələr qurmaq və əlaqələri qorumaq bacarığı
  • Biznes münasibətlərini genişləndirmək və təkmilləşdirmək bacarığı
  • Yüksək ünsiyyət və komanda tərkibində işləmək bacarığı
  • MS Office proqramlarından mükəmməl istifadə bacarığı

 

Vəzifə öhdəlikləri

  • Müxtəlif seqmentlərə aid korporativ müştərilərin Banka cəlb edilməsi məqsədilə onlarla birbaşa əlaqələr qurmaq, daim yüksək səviyyəli xidməti təmin etmək
  • Kompleks bank məhsul və xidmətlərinin müştərilərə təklifini təşkil etmək, çarpaz satışların həyata keçirmək
  • Xidmət strukturları ilə birgə Korporativ müştərilərə Bank xidmətlərinin yüksək səviyyədə göstərilməsini və ümumi prosesləri nəzarətdə saxlamaq
  • Kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı biznes təhlilini aparmaq
  • Hər bir müştəri seqmenti üçün müvafiq şərti maliyyələşmə limitlərinin müəyyən edilməsi, təklif ediləcək xidmət və məhsulların, tariflərin strukturlaşdırılması və risk səviyyəsi meyarları üzrə ilkin qiymətləndirilməsi üçün KYC (Öz Müştərini Tanı) prosedurlarının tətbiq üzrə təkliflər vermək
  • Müştərilərə xidmət strukturlarında korporativ satış fəaliyyətini koordinasiya etmək
  • Korporativ müştərilər üçün məhsulların hazırlanması prosesinin iştirak etmək
  • Satış hədəflərinin planlaşdırılması və satış dinamikasının təhlili aparmaq
  • Maliyyələşdirmə üzrə müştərinin tələblərinə uyğun strukturlaşdırmanı həyata keçirmək
  • Satış göstəricilərinə müntəzam nəzarət və monitorinq etmək
  • Satış hədəflərinə nail olmaq məqsədilə müvafiq tədbirlər görmək
  • Korporativ müştərilərin Bank vasitəsilə həyata keçirdiyi əməliyyatları analiz etmək və hesabatlılığını aparmaq

 

Siz də bizim peşəkar komandanın üzvü olmaq istəyirsinizsə CV-lərinzi vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et