Korporativ kreditlər üzrə menecer | Banco.az
AFB Bank

Korporativ kreditlər üzrə menecer

Vakansiya haqqında məlumat: 

 

AFB Bank Korporativ kreditlər üzrə menecer vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Korporativ kreditlər üzrə menecer


İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);

• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi. Ən azı 1 il rəhbərlik təcrübəsi;

• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;

• MBNP-nin, Mərkəzi Bankın, bu sahəyə aid olan qayda və normativləri bilmək

• Gərgin iş qrafikində işləmək bacarığı;

• Maliyyə və kredit analizi bilikləri

• Azərbaycan və rus dillərin səlis danışmaq bacarığı, ingilis dili bilənlərə üstünlük verilir;

• Ofis Proqramlarından mükəmməl istifadə bacarığı.

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

İŞİN TƏSVİRİ:

• Korporativ kreditlər bazasının genişləndirilməsi üçün potensial müştəriləri müəyyən etmək;

• Banka yeni müştərilər cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq, kredit və qeyri-kredit məhsullarının satışların həyata keçirilməsini təşkil etmək;

• Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;

• Tabeçiliyində olan əməkdaşlardan daxil olan Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərə qısamüddətdə baxıb Kredit Komitələrinə təqdim olunmasını təşkil etmək;

• Müştərilərin davamlı olaraq ziyarət edilməsini təşkil etmək;

• Vəzifə funksiyalarından irəli gələn digər öhdəlikləri yerinə yetirmək.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə menecer” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Digər bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun.

Ən sərfəli krediti almaq üçün müraciət et