Korporativ Bankçılıq Departamentinin Korporativ maliyyələşmə şöbəsində mütəxəssis/ aparıcı mütəxəssis | Banco.az
Azər Türk Bank

Korporativ Bankçılıq Departamentinin Korporativ maliyyələşmə şöbəsində mütəxəssis/ aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

Təsvir

Müştərilərlə əlaqə kanallarının qurulması işində iştirak etmək (soyuq zənglər, işgüzar tədbirlərdə iştirak v.s);

Baanka yeni müştərilərin cəlb edilməsi məqsədilə ölkədə fəaliyyət göstərən müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil edilməsi;

Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;

Müştərilərin maliyyələşdirilməsi üzrə daxil olan sifarişlərin müvafiq qaydada ilkin emalının aparılması;

Verilmiş kreditlərin düzgün sənədləşdirilməsinə, təyinatı üzrə istifadə olunmasına nəzarət edilməsi;

Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək.

Tələblər

Ali iqtisadi təhsil;

Azərbaycan dili səlis, rus dili yüksək səviyyədə (ingilis dili biliyi arzu olunandır);

Bank sahəsində kredit satışı üzrə minimum 2 il iş təcrübəsi;

Bank sahəsində korporativ satış üzrə iş təcrübəsi və müştəri bazasına malik olmaq arzuolunandır;

Bank qanunvericiliyi üzrə biliklər;

Analitik təhlil etmə qabiliyyəti;

İnsanlarla işgüzar ünsiyyət qurma bacarığı;

Komanda tərkibində işləmək bacarığı.

Müraciət üçün daxil olun

Ən sərfəli krediti almaq üçün müraciət et