Komplayens üzrə baş mütəxəssis | Banco.az
Bank Respublika

Komplayens üzrə baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

Bank Respublika” “Komplayens üzrə baş mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Bankın siyasət və prosedurlarını qanunvericiliyə riayət olunması baxımından nəzərdən keçirmək və müvafiq rəy vermək;
• Müvafiq departamentlərin qanunvericilik tələbləri üzrə suallarını cavablandırmaq, aidiyyəti məsələlər üzrə qanunvericilik sahəsində araşdırmalar aparmaq;
• Mövcud qanunvericilik tələbləri baxımından bankın mövqeyini qiymətləndirmək və potensial risklər barəsində rəhbərliyi məlumatlandırmaq və təkliflər vermək;
• Müntəzəm olaraq ön ofis heyəti üçün komplayns testlərini hazırlamaq / yenilənmək;
• Bankın PL/TMM komandası ilə sıx əməkdaşlıq etmək;
• Maliyyə monitorinq xidməti üçün təqdim edilən hesabatlar üzrə tövsiyələr vermək;
• Əməkdaş / müxbir bank / yüksək riskli müştərilərin yoxlanılmasına dair tövsiyələr vermək;
• Valyuta tənziminə dair qanunvericilik tələblərinə riayət edilməsinə nəzarət etmək;
• Tənzimləyici orqanların normativ hüquqi aktlarının tələblərinə riayət edilməsinə nəzarət etmək;
• Bankda müşahidə olunan şübhəli əməliyyatlara görə müvafiq tədbirlər görmək;
• Daxili və xarici tənzimləyici tələblərə əsasən müştərilərin lazımı yoxlanış prosesini həyata keçirməkdə iştirak etmək;
• Cari iş zamanı meydana çıxan digər vəzifələrin icrası.

Namizədə qarşı tələblər:

• Bank işi, maliyyə, mühasibatlıq və iqtisadiyyatın digər uyğun sahələri üzrə ali təhsil;
• Azərbaycan Mərkəzi Bankının qaydaları, təlimatları, qərar və sərəncamlarından, habelə digər müvafiq qanunvericilik sənədlərindən (Mülki Məcəllə, Vergi Məcəlləsi, və s) aidiyyəti üzrə məlumatlı olmaq;
• Bank sahəsində komplayns üzrə iş təcrübəsi; 
• Azərbaycan və ingilis dillərini mükəmməl bilmək;
• MS Office proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 iyul 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Komplayens üzrə baş mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et