Kiçik və Orta biznes kreditləri üzrə mütəxəssis/aparıcı mütəxəssis/böyük mütəxəssis | Banco.az
Expressbank

Kiçik və Orta biznes kreditləri üzrə mütəxəssis/aparıcı mütəxəssis/böyük mütəxəssis

Vakansiya haqqında məlumat: 

Vəzifə: Kiçik və Orta biznes kreditləri üzrə mütəxəssis/aparıcı mütəxəssis/böyük mütəxəssis.

Tələblər:

- Ali iqtisadi təhsil; 
- Bank və ya BOKT-da Kiçik və Orta Biznes kreditləri sahəsində ən azı 2 il iş təcrübəsi; 
- Ünsiyyət qurma və komandada işləmək bacarığı; 
- Analitik düşünmə və təhlil etmə bacarığı;

Vəzifə öhdəlikləri:

- Kiçik və Orta sahibkarları banka müştəri qismində cəlb etmək;
- Müştərilərdən kredit ərizələrini qəbul etmək, sahibkarlıq fəaliyyətinin ətraflı təhlilini aparmaq və işi KK - nin müzakirəsinə təqdim etmək; 
- Təsdiqlənmiş kreditlərin rəsmiləşdirilməsini və sonrakı təqibini həyata keçirmək;
- Qarşıya qoyulmuş planları icra etməklə keyfiyyətli kredit portfelini qurmaq və idarə etmək;
- Vəzifə öhdəliklərini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;

Əsas üstünlüklər:

- Azərbaycanda fəaliyyət göstərən aparıcı banklarının birində iş təcrübəsi;
- AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
- Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
- Professional və maddi inkişaf perspektivləri;
- Karyera artımında şəffaflıq.

 E - mail : [email protected]

Ən sərfəli krediti almaq üçün müraciət et