Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Bakı və region filialları) | Banco.az
Bank Respublika

Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Bakı və region filialları)

Vakansiya haqqında məlumat: 

“Bank Respublika” ASC Bakı və region filiallarına (Yevlax, Bərdə, Gəncə, Quba, Xaçmaz, Lənkəran, Masallı, Şirvan, Mingəçevir, Cəlilabad, Zaqatala, Qax, Sabirabad, Tovuz) “Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 25 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Potensial müştərilərin axtarışı və cəlb edilməsi;
• Korporativ müştərilərlə biznes görüşlərin aparılması;
• Korporativ müştərilərdən daxil olan məlumatlara operativ reaksiyanın göstərilməsi;
• Bank və bankın məhsullarını şirkətlərdə və digər yerlərdə satışlarını təşkil etmək;
• Cəlb olunan müştərilər qarşısında qoyulan tələblərin icrasına nəzarət;
• Biznes analizlərin aparılması.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, Rus dili arzuolunandır;
• Yüksək səviyyədə satış etmək bacarığı;
• Korporativ müştərilərlə işləmək bacarığı;
• Maliyyə hesabatları ilə işləmək bacarığı;
• Yüksək ünsiyyət bacarığı;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
• Komandada işləmək bacarığı.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 may 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində müraciət etdiyiniz filialın adını (Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis) şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et