Kassir - əməliyyatçı (Bakı şəhəri üzrə)
Tələblər:
- Ali təhsil;
- Analoji sahədə 2 ilə qədər iş təcrübəsi;
- Azərbaycan və rus dillərində səlist danışıq bacarığı;
- Böyük məbləğdə nağd vəsaitlə işləmək bacarığı;
- Diqqət, çeviklik, dəqiqlik, ünsiyyət qurma və müştəri ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Müştərilərdən nağd pulun və digər qiymətlilərinin qəbul edilməsi;
- Mərkəzi Banka təhvil verilən pulların çeşidlənməsi, hazırlanması və formalaşdırılması;
- Sürətli pul köçürmələri sistemləri üzrə əməliyyatların aparılması;
- KÖMİS, mobil operatorlar və POS terminallar üzrə əməliyyatların aparılması.
Şəxsi məlumatlarınızı göndərmək üçün anket formasını doldurub [email protected] ünvanına göndərə bilərsiniz. Xahiş olunur yalnız Expressbank-ın CV formasını, göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyi unutmayın. Əks halda CV-lər qəbul edilməyəcək.
Namizədliyiniz üzrə müvafiq vakansiya yarandığı halda İnsan Resursları şöbəsinin əməkdaşları qısa zaman ərzində Sizinlə əlaqə saxlayacaqlar.