Kassir | Banco.az
Kapital Bank

Kassir

Vakansiya haqqında məlumat: 

Ümumi məlumat

Kapital Bank namizədləri Nağd Vəsaitlərin İdarə Edilməsi Departamentinin  Gəncə Zona Mərkəzində və Mərkəzi Xəzinədə Kassir  vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər

  • Yerli struktur bölmələrə və onlardan nağd pul daşımalarını həyata keçirən inkassasiya briqadalarının tərkibində iştirak etmək
  • Xəzinədə olan nağd pulun və digər qiymətlilərin salamatlığının təmin olunması üçün tədbirlər görmək və tam maddi məsuliyyət daşımaq;
  • Nağd pul və digər qiymətlilərlə əməliyyatların aparılmasına, onların qorunmasına dair qaydaları bilmək
  • Nağd pulların sayılmasını, çeşidlənməsini, qablaşdırılmasını və bankomat kassetlərinə müvafiq qaydada doldurulmasını həyata keçirmək;
  • Xəzinədə mədaxil-məxaric kassa əməliyyatlarının müvafiq qaydalara uyğun aparılmasını təmin etmək;
  • Kassirdən qəbul olunmuş arayışları icmallaşdırıb kassa dövriyyələri haqqında ümumi arayış tərtib edərək, mühasibat sənədləri ilə üzləşdirmək və imzalamaq;
  • Gün ərzində yerli struktur bölmələrdən Mərkəzi kassaya daxil olan nağd pulun nominallar üzrə uçotunun aparılması və s.

 

Tələblər

  • Ali təhsil;
  • Həqiqi Hərbi xidməti bitirmiş
  • Bank sahəsində nağd vəsaitlə 3-5 illik iş təcrübəsi;
  • Yüksək rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
  • Məsuliyyətlilik, operativlik və nizam-intizamlılıq;
  • MS Excel proqramı üzrə əla biliklər.

CV-lərinizi müraciət etdiyiniz rayon/şəhəri və "Mərkəzi Xəzinədə Kassir" başlığını qeyd etməklə [email protected] e-poçtuna göndərin!