Kapital Bank
Kassa üzrə mütəxəssis
Vakansiya haqqında məlumat:
Ümumi məlumat
Kapital Bank namizədləri Ucar, Yevlax, Biləsuvar filiallarının Xidmət bölməsində Kassa üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
- Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən,o cümlədən əməliyyat aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi
- Əməliyyat gününün sonunda gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışla uzlaşdırılaraq balansa çıxılması;
- Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq.
Tələblər
- Ali təhsil
- Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti
- Azərbaycan dilində sərbəst danışmaq bacarığı
- MS Office (Word, Excel) proqramları üzrə biliklər
- Nəğd pulla intensiv işləmə bacarığı
- Gərgin iş qrafikində işləmək bacarığı
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
CV-lərinizi, mövzu hissəsində “Kassa üzrə mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.