Kart texnologiyalarının inkişafı üzrə baş mütəxəssis | Banco.az
Bank Respublika

Kart texnologiyalarının inkişafı üzrə baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Bank Respublika ASC “Kart texnologiyalarının inkişafı üzrə baş mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

 

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

 

Ümumi vəzifə öhdəlikləri:

  • Yerli və xarici bazarda mövcud kart texnologiyalarını təhlil etmək;
  • Bankda yeni kart texnologiyalarının inkişafına dair təkliflər vermək;
  • Emissiya və ekvayrinq sahəsində innovasiyaların tətbiqi ilə bağlı layihələr həyata keçirmək;
  • Yeni kart texnologiyaların tətbiqi ilə bağlı layihələri qiymətləndirmək və kart biznesinin inkişafına təsirini proqnozlaşdırmaq;
  • Aparılan layihələr çərçivəsində ödəniş sistemləri, prosesinq şirkəti, kart və kart sistemləri vendorları ilə qarşılıqlı əlaqələr qurmaq;
  • Yeni kart texnologiyalarının tətbiqi ilə bağlı prosesi təşkil etmək, daxili struktur bölmələri tərəfindən icrasına nəzarət etmək;
  • Mövcud kart məhsul və xidmətlərin inkişafı məqsədilə istifadə edilən kart texnologiyalarının təkmilləşdirilməsinə dair təkliflər vermək, bu sahədə aparılan layihələrdə fəal iştirak etmək.

 

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Bank kartları sahəsində ən azı 5 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dilləri (yaxşı);
  • Kart məhsul və xidmətlərinin yaradılması barədə biliklər;  
  • Kart texnologiyalarının xüsusiyyətləri barədə biliklər;
  • Kart vendorları, ödəniş sistemləri, prosesinq şirkətinin nümayəndələri ilə danışıqların aparılması təcrübəsi;   
  • Kart proseslərini təhlil etmə qabiliyyəti;
  • Komandada işləmək və digər struktur bölmələri ilə əlaqələr qurmaq bacarıqları;
  • Layihələrin aparılması bacarıqları;
  • Təşəbbüskarlıq və  məqsədyönlülük.

 

Sizə nə təklif edirik?

  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 noyabr 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kart texnologiyalarının inkişafı üzrə baş mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et